Menu

"Bəzi şəxslərin dövlət qanunları ilə tənzimlənən polisin vəzifələrindən çıxış etməsi yolverilməzdir" - DİN

08.12.2020, 18:49
"Bəzi şəxslərin dövlət qanunları ilə tənzimlənən polisin vəzifələrindən çıxış etməsi yolverilməzdir" - DİN

Sosial şəbəkələrdə özünü “təhlükəsizlik təəssübkeşi” kimi göstərən şəxslərin səsləndirdiyi fikirlər birmənalı qarşılanmır.

Bununla bağlı DİN Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ayrı-ayrı şəxslərin dövlət qanunları ilə tənzimlənən polisin vəzifələrindən çıxış edərək müxtəlif paylaşımlar etməsi yolverilməzdir:

“Bir daha bildiririk ki, polis ona verilən hüquqlar çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkədə ictimai asayiş etibarlı təmin olunur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol