İlhami Cəfərsoy

Azərbaycanın arxeoloqları qazıntılara başlayana qədər erməniləri nə Azıx kəndi maraqlandırırdı, nə Azıx mağarası. Onlar hələ Məmmədəli Hüseynovun adını eşitməmişdilər, Mingəçevirdən tapılan yazılı şamdana görə arxeoloq Vahidovun kölgəsini qılınclayırdılar.

Erməniləri Cin atına mindirən ( bağışlayın, onlar at minməyiblər, həmişə eşşək miniblər), o idi ki, bürünc şamdan üzərində Tanqri sözü aydın oxunurdu.

Danoslar danos dalınca yazıldı. Su-elektrik stansiyasının tikintisi sürətləndirildi. Ən qədim Alban əlifbası ilə yazılmış mətnlər Kür çayının suları altına qərq olundu.


Qonşularımız təzəcə toqquş deyib, Cin eşşəyindən düşmüşdülər ki, Məmmədəli Hüseynov Azıx mağarasının səkkizinci qatından ilk insan tipinin çənə sümüklərini tapıb, elmi ictimaiyyətin müzakirəsinə təqdim etdi.

Qırmızı Bazardan İrəvan çuxuruna qədər aləm bir-birinə dəydi. Bu tapıntı Aşxalusun göbəyindən çıxanların beyinlərini 9,9 bal zəlzələ kimi titrədi. Hansı müdirin kabinetinə girirdin, stolların üstündə qalaq-qalaq kitab görürdün. Ermənilər məmə yeyəndən pəpə deyənə qədər dilçi olmuşdular. Elliklə Azıx adının anlamını axtarırdılar.

Uzun çabalardan sonra dizaxlı bir qoca müəllim sanskrit dilində zoğ, yaşıl budaq anlamında a-zox sözünü tapdı. Ancaq məna uyğun gəlmirdi, zoğ hara, daş-qaya hara?

Azərbaycan ictimai düşüncəsində ümumiləşməkdə olan bir fikrə görə Azıx mağarası ayı mağarası deməkdir. Düzdür, azıq, azuq türk dillərində ayının altı-yeddi adından biridir, ancaq mağaranın adı birbaşa ayı sözü ilə bağlı deyil. Azıx kəndinin adı ilə bağlıdır.

Totemi ayı olduğuna görə qıpçaqların bir qəbiləsi özünü Azıqadlandırırdı. Hələ eradan əvvəl I minillikdə Azıq, Azuq, Ayu, Ayup adlı türk etnosları Kaşğardan Misirə qədər dünyanın neçə-neçə ölkələrinə yayılmışdılar.

Xüsusilə, maraqlıdır ki, “Divanü-luğatit-türk” əsərinin yazarı Mahmud Kaşğari Kaşğar yaxınlığındakı Azıx şəhərində anadan olmuşdur. Həmin şəhər islamiyyətdən öncə totemi ayı olan bir türk nəsli tərəfindən salınmışdır.

Ayılara totemik münasibət nə ilə bağlıdır? Dünyanın bir çox qədim xalqları kimi türklər də həm ayını sevir, həm də ondan qorxurdular. Ona görə qorxurdular ki, ayılar mağarada yaşayırdı. Onları öldürmədən mağaralarda məskunlaşmaq olmurdu. Ona görə sevirdilər ki, ayı onların azuqəsi idi. Qış düşəndə meşədəki yabanı meyvələr yox olur, insanlar mağaralarda qış yuxusuna gedən ayıları tutub ətini yeyirdilər.

Mahmud Kaşğarinin və V.V. Radlovun lüğətində azuq sözü iki mənada verilmişdir: ayı və azuqə. Bundan əlavə, Fəzlullah Rəşidəddininin qələmə aldığı “Oğuznamə”də Azuk bolsun mərasim adı var. İrkıl Xoca Gün xanın oğlanlarının onqonunu müəyyən edir. Həmin mərasim Azuk bolsun, yəni var-dövlət qazansın adlanır.

Rusiyanın qafqazşünas tədqiqatçıları XIX əsrin sonlarında Qarabağda etnoqrafik bilgilər toplayarkən görmüşdülər ki, Azıx kəndinin əhalisi özünü həm də Azux adlandırır. Onların mifik təxəyülünə görə ayı dəyirmançı imiş. İnsanların çörəyə hörmətsizliyini görüb azıxmış, yəni heyvana dönüb meşəyə qaçmışdır (Сегал 1902. s. 272).

Buna uyğun olaraq Azərbaycan dilində azıxmış sözü vardır. Ev heyvanları aylarla çöldə qalıb vəhşiləşəndə deyirik heyvan azıxıb. “Əmrah” dastanında belə bir epizod var. Xidmətçi qız həyətə çıxanda görür ki, üz-gözünü tük basmış, cındırından cin hürkən bir qoca kişi bağdakı almaları yeyir. Qorxaraq evə qayıdıb deyir:

Xanım, bağa bir azıxmış giribdi,

Yeyib qurtarıbdı yar almasını.

Ermənilərin iddialarına görə türklər Ön Asiyaya XI əsrdə gəliblər. Halbuki uzlar, peçeneqlər, azıxlar Azərbaycanda və Anadoluda çoxdan yaşayırdılar. Bu barədə e.ö. IX əsrə aid Assuriya və e.ö. VIII əsrə aid Urartu mixiyazılı abidələrində dəyərli bilgilər var.

Assuriya hökmdarı III Tiqlatpalasarln kitabəsində deyilir ki, hardasa Suriya ilə Türkiyə arasında Ayup adlı ölkə var. Bir Urartu qaya yazısında isə qeyd olunur ki, Ayup Urartu tayfa ittifaqına daxil olan etnoslardan biridir. Ayin zamanı Ayup etnosunun tanrısına bir dana qurban kəsərdilər.

Bir sıra türk dillərində, o cümlədən Kumık dilində ayıya ayup deyilir. Totemi ayup, yəni ayı olan etnosun yurd yerləri Ayıp, Ayıplı formalarında xəritəmizə daxil edilmişdir. İndi kimə sə Ayıplı, kiməsə Çaxırlı kəndinin adı xoş gəlmir. Çakır qartalın bir növünün adıdır.

Yerlərdən gələn təqdimatlar əsasında Milli Məclisdə şəhər, kənd adları dəyişdirilir. Deputatlarımız özləri də bilmədən tarixi toponimiyamızın qiymətli nümunələrini xəritədən silirlər. Yaxşı olar ki, AMEA Dilçilik İnstitutunun elmi şurasının qərarı olmadan şəhərlərimizin, kəndlərimizin adları dəyişdirilməsin. Onları dəyişdirmək yox, ilkin variantlarını bərpa etmək lazımdır.