Menu

"O ƏRAZİLƏRİN BƏRPASNDA DA İŞTİRAK EDƏCƏYİK" - Ərdoğanın açıqlamaları + VİDEO

09.12.2020, 15:17
"O ƏRAZİLƏRİN BƏRPASNDA DA İŞTİRAK EDƏCƏYİK" - Ərdoğanın açıqlamaları + VİDEO

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. O, Bakı səfərindən əvvəl hava limanında mətbuat konfransı keçirib.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər çərçivəsində Bakıya gedir: “Ermənistanın başlatdığı hücumlardan sonra şanlı Azərbaycan ordusu işğal altındakı Qarabağdakı torpaqlarını qorumaq üçün uğurla mübarizə apardı. Prezident Əliyevin güclü rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı bu uğura çatmaqda əsas amillərdir.

Ermənilərin mülki əhalini hədəf alan xain hücumlarına baxmayaraq, Azərbaycan ədalətli mübarizədən imtina etmədi. 44 gün davam edən çətin mübarizələrin sonuna həmd olsun, bu gün ulduz və hilal Qarabağ səmalarında qürurla dalğalanır.

30 illik haqsızlığa son qoymağın sevinci yaşanır. İlk gündən etibarən əlimizdə olan bütün vasitələrlə azərbaycanlı qardaşlarımızın ədalətli mübarizəsini dəstəklədik”.

Türkiyə lideri bildirib ki, sabah Bakıda keçiriləcək qələbə mərasimlərinə qatılaraq, Azərbaycan xalqının sevincinə şərik olacaq.

“Azərbaycanın qələbəsi əməkdaşlığımızın daha da inkişafına zəmin yaratdı. Yenidənqurma işində azərbaycanlı qardaşlarımızın yanında olacağıq”, - Ərdoğan qeyd edib.

“Sabah Bakıda təşkil olunacaq Zəfər tədbirlərində iştirak edəcəyəm. Səfərim çərçivəsində gerçəkləşdirəcəyimiz görüşlərdə qarşımızdakı dövrdə atılacaq addımlarla əlaqədar fikir mübadiləsi aparacağıq” - deyə, Ərdoğan bildirib.

“Bakıya sonuncu dəfə 2020-ci ilin fevralda səfər etmişəm. Bu müddət ərzində aramızdakı münasibətlərdə qeydə alınan mərhələləri və mövcud durumu cənab İlham Əliyev ilə müzakirə edəcəyik. Telefon diplomatiyası ilə də onsuz da daimi əlaqə saxlayırdıq. 

Azərbaycan ilə müdafiə sahəsindəki əməkdaşlıqdan terrorla mübarizəyədək, energetikadan ticarətədək münasibətlərimiz mövcuddur. Azərbaycanın qazandığı Zəfər ikili münasibətlərin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün zəmin hazırlayıb. İşğal edilən ərazilərin bərpası prosesində də Azərbaycanın yanında olacağıq, bu prosesdə yaxından iştirak edəcəyik”, - o vurğulayıb.

O, epidemiyaya qarşı birgə səylərin də nəzərdən keçiriləcəyini vurğulayıb.

Şərhlər

Veteran 2020-12-10 09:50:49

Türkiyə həm böyük,həmdə doğma qardaşdır.Allah qüvvət versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol