Menu

Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu

09.12.2020, 16:17
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

Şərhlər

Seyid Ənhu 2020-12-09 19:58:17

Bu harınlamışın oğurladığı vəsaitlər hesabına 500 nəfər Vətən müharibəsi iştirakçısına yeni mənzillər verilə bilər. 500 gənc döyüşçünü eyni vaxtda sevindirmək, zillətdən xilas etmək xalqın da ürəyincə olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol