İlin sonuna qədər Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasındakı sərhədi aydınlaşdırmaq üçün danışıqlar aparmağı planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bu gün parlamentdə çıxışında bildirib.
“Hazırda Sünik mərzində bütün sərhəd xətti boyunca qurumlararası qrup çalışır, hüquqi sənədlər hazırlanır. İlin sonuna qədər rusiyalı həmkarların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələlərinin həlli üçün danışıqlar aparılacaq”, - o deyib.


Şərhlər
Sərhədlər sovetlər zamanı müəyyən edilib də.İndi təzədən Putin nəyin peşiondədir?
Dərələyəz, Zəngəzur və Göyçənin məsələsi diqqətdən qaçmamalıdır. çünki, bu ərazilər ermənilərə qanunsuz iolaraq Bolşeviklər tərəfindən verilib və bu torpaqların verilməsində Azərbaycanın heç bir razılığı alınmayıb.