Bu gün Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, N. Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Şərhlər
Şəkidə büdcəni talayan 'tender kralı' kimdir? - VİLLALAR, OBYEKTLƏR Tarix: 7-12-2020, 08:54 | Çap et Şəkidə büdcəni talayan 'tender kralı' kimdir? 7NEWS.az xəbər verir ki, Şəkidə maraqlı, eyni zamanda, mütəşəkkil maliyyə cinayətləri geniş vüsət alıb. Bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat verib. Şəkidə büdcəni talayan 'tender kralı' kimdir? Məlumatda deyilir: "Şəki şəhər İcra Hakimiyyətindən yarım milyonluq tender "udan" şəhər bələdiyyəsinin üzvü Hafiz Əfəndizadə pis başlamayıb. Bir il ərzində 566 min manatlıq tender "cekpot"u, bələdiyyə mandatı, üstəlik şəhərin Zərifə Əliyeva küçəsində ikimərtəbəli ticarət binası. Bundan əvvəl bələdiyyədə baş torpaq mütəxəssisi kimi "parlaq təcrübəsi" olub." Şəkidə büdcəni talayan 'tender kralı' kimdir? Sənəddən də aydın olur ki, bütün maxinasiyalar pandemiya və müharibə dönəmində olub. Görünən odur ki, bu insanlar ölkədə gedən proseslərdən öz şəxsi maraqlarında istifadə ediblər. 6
Sağ əli Şəki İcra hakimiyyətinin başına... Ay Allah o günü bizə göstər.