Azərbaycan əsir düşən üç erməni hərbçini Ermənistana təhvil verib. “Report” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində əsir və girovların vəziyyəti, hüquqlarının təmini məsələsi araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.
Təəssüflər olsun ki, Ermənistan Respublikası tərəfindən bu yanaşma göstərilmir. Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.


Şərhlər
Azerbaycan hokumeti, niye TELEB ETMIRSINIZ Ermenistandan , TEZLIKLE VERILSIN Azerbaycana, esirlikde qalan bizim yarali eskerlerimizi ? ????
Anlama cətindi,3 ermeni esiri verildi,bəs ermeni ne verdi,kimi verdi?
Azerbaycan hokumeti, niye TELEB ETMIRSINIZ Ermenistandan , TEZLIKLE TQAYARSINLAR Azerbaycana, esirlikde qalan bizim yarali eskerlerimizi ? ???? Hokumet, niye, bu qeder MEHRIBANCHILIQ GOSTERIRSINIZ dushmen , ishqalchi Ermenistana, niye ????????
bəs bizim əsirləri niyə dəyişdirmədiniz ermənilərlə? Anaları körpə uşaqları yazıq deyil?