Menu

20 il ərzində insan ömrü 6 il uzanıb - ÜST

10.12.2020, 08:53
20 il ərzində insan ömrü 6 il uzanıb - ÜST

“Son 20 ildə insan ömrü 6 il uzanıb, ölüm hallarına isə əhəmiyyətli dərəcədə daha çox qeyri-infeksion xəstəliklər səbəb olub”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktor köməkçisi Samira Asma 2000-2019-cu illərdə ölümlərin əsas səbəblərinə dair keçirilən mətbuat konfransında bildirib.

BMT rəsmisinin sözlərinə görə, son 20 ildə ömür uzunluğu 67-dən 73 ilə yüksəlib: “Ölümün əsas 10 səbəbindən 7-si məhz qeyri-infeksion xəstəliklərin payına düşür. Bunların arasında ürək-damar xəstəlikləri daha çox insan həyatına son qoyur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol