Menu

“Rusiya liberalları əsl sifətlərini göstərdi” – “Sizlər əclaflıqda iştirak etmiş yalançı demokratlarsız”

10.12.2020, 11:03
“Rusiya liberalları əsl sifətlərini göstərdi” – “Sizlər əclaflıqda iştirak etmiş yalançı demokratlarsız”

“44 gün davam edən ikinci Qarabağ müharibəsi beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan və açıq şəkildə Ermənistanın təcavüzkarlığını müdafiə edən Mixail Xodorkovski, Harri Kasparov, Viktor Şenderoviç, Yuliya Latınina və bu kimi bir çox rus liberalının əsl sifətlərini göstərdi”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri politoloq Ramiz Yunus sosial şəbəkədəki hesabında yazıb. 

“30 ilə yaxındır Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistanın tərəfini tutan, Rusiyanda demokratiya və insan haqları uğrunda mübarizə aparanların timsah göz yaşlarına -Kremlin təbliğat maşınının anti-Azərbaycan klişelərini açıq şəkildə təkrarladıqları zaman - necə inanmaq olar?”-deyə, politoloq sual edir.

R. Yunus bunu ikili standart, ikiüzlülük adlandırıb: “Bütün dünya bilir ki, Krım, Donbas, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri bir mərkəzdən idarə olunur. Siz bunu bilmirdinizmi?

Fazil İsgəndərli deyirdi: "Ləyaqət qəhrəmanlıq demək deyil, ləyaqət alçaqlıqda iştirak etməməyi nəzərdə tutur". 

Bu sözlər sizlərə - Azərbaycana və onun tolerant, çoxmillətli xalqına qarşı əçcaflıqda iştirak etmiş yalançı demokratlara tam aiddir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol