Menu

Xüsusi Təyinatlı Qüvvələrin heyəti Zəfər paradında keçid edib

10.12.2020, 14:16
Xüsusi Təyinatlı Qüvvələrin heyəti Zəfər paradında keçid edib

Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı davam edir.

“Report” xəbər verir ki, qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları hərbi paradda keçid edib.

Parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, "Vətən müharibəsi qəhrəmanı", general-leytenat Hikmət Mirzəyev başçılıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol