“44 günlük müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımızı necə sevindirdisə, eyni şəkildə Türkiyədəki qardaşlarını da sevindirib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda mətbuata bəyanatı zamanı söyləyib.
“Qarabağda nə üçün bu çillə çəkdirilib. Bu Minsk qrupu deyilən bu üçlünün işi nə idi? Bunlar dünyanın ən güclü ölkələri idi: ABŞ, Rusiya, Fransa. Nə üçün bu qədər oyalandı? Ancaq daha sonra müsbət mesajlar gəlməyə başladı. Bunların başında da Fransa - davamlı şəkildə qardaşıma zəng edirdi, ondan nəticələr əldə etməyə çalışırdı. Təbii ki, zaman-zaman bizimlə də əlaqə qurmaq istəyirdi, düzü, biz də cavab vermədik, çünki bilirdik ki, dərdləri başqadır”, - Türkiyə Prezidenti bildirib.
“Rəhbərlik çox önəmlidir. Yəni durub Qarabağı öz parlamentindən keçirdiyin qərarla “bura artıq dövlətdir və biz buranı bu şəkildə tanıdıq” demə haqqına sahib deyilsən. Bunu heç Paşinyan belə qəbul etməyib. Sən isə durub Makron olaraq bunu parlamentdən keçirməyə meyillənirsən” - deyə, Ərdoğan söyləyib.
“Demək ki, hələ siyasəti öyrənə bilməyib. Dövlət idarəçiliyini də anlaya bilməyib. Harda nə, necə olur bilmir. Sabah, bəlkə, mənə əsəbiləşəcək, bəlkə də, elə bu axşam əsəbiləşəcək. Bu, başqa mövzudur. Ancaq belə olsa da, biz haqqı söyləməliyik”, - o qeyd edib.


Şərhlər