Menu

Vəkil Fərhad və Rafiq Əliyevlərin yerini bilmir

03.11.2013, 11:04
Vəkil Fərhad və Rafiq Əliyevlərin yerini bilmir

Elton Quliyev: “Həbsdən çıxandan sonra onlarla elə bir münasibətim olmayıb”

Prezidentin sərəncamı ilə əfv olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyevin harada olduqları və nə işlə məşğul olduqları hələ də sual altındadır. Yalnız həbsxanadan çıxdıqları gün görünən Əliyev qardaşlarının indi harada olduqlarını heç kəs bilmir.

Fərhad Əliyevin keçmiş vəkili Elton Quliyevin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, o da Fərhad və Əliyev qardaşlarının harada və nə işlə məşğul olduqlarından xəbərsizdir: “Telefon nömrələrini bilmirəm. Həbsdən çıxandan sonra onlarla elə bir münasibətim olmayıb. Ona görə dəqiq deyə bilmərəm ki, haradadırlar”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol