Menu

Türkiyədə hərbi helikopter qəzaya uğradı - Ölənlər var

13.10.2014, 08:42
Türkiyədə hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

APA-nın Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada radardan itən helikopterin Dəniz Qüvvələrinin Dəniz Hava Komandanlığına aid olduğu bildirilib.

Konyaya təlim məqsədilə gedən helikopterlə havaya qalxandan 7 dəqiqə sonra əlaqə kəsilib.

Xilasedicilər helikopterin qalıqlarını dağlıq və meşəlik ərazidə tapıblar.

Helikopterdəki 4 heyət üzvünün hamısının həlak olduğu bəlli olub. "Habertürk"ün xəbərin görə, onların cəsədləri də artıq tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol