Menu

ABŞ-da yenə Türkiyəyə qarşı sanksiyalar müzakirə olunur

11.12.2020, 17:58
ABŞ-da yenə Türkiyəyə qarşı sanksiyalar müzakirə olunur

Amerika Birləşmiş Ştatlar Türkiyəyə Rusiyadan “S-400” raket sistemləri aldığına görə sanksiyalar tətbiq edə bilər. Azadlıq Radiosu “Reuters” agentliyinə istinadən xəbət verir ki, bunu üçü ABŞ rəsmiləri olmaqla beş mənbəyə istinadlayazır və bu addımın iki NATO müttəfiqinin onsuz da problemli münasibətlərini pisləşdirəcəyini vurğulayır.

Bu addımın Ankaranı qəzəbləndirəcəyi, yeni prezident seçilmiş Co Bayden administrasiyası ilə münasibətləri ağırlaşdıracağı gözlənir.

Mənbələrin deməsinə görəsanksiya , Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə0 və onun başçısı İsmayıl Demirə tətbiq oluna bilər.

Türkiyənin aparıcı rəsmilərindən biri isə agentliyə deyib ki, sanksiyalara qarşı tədbir görülə, iki NATO üzvünün əlaqələrinə ziyan dəyə bilər.

“Türkiyə problemlərin diplomatiya və danışıqlar yoluyla həllinə tərəfdardır. Birtərəfli cəzaları qəbul etməyəcəyik”, – o bildirib.

“Reuters” yazır ki, bu qərar ABŞ-ın Rusiyadan hərbi avadanlıq almağı nəzərdən keçirən tərəfdaşlarına mesaj vermiş olacaq. Onlara dəfələrlə ABŞ sanksiyaları ilə bağlı xəbərdarlıq olunub.

Türkiyə PrezidentiRəcəp Tayyip Ərdoğan ümid edirdi ki, ABŞ təhdidləri boşunadır. O həm də Trampla dostluğunun belə bir addımıönləyəcəyinə ümid edirdi. Tramp uzun müddət Türkiyəyə sanksiyalara qarşıçıxıb. Administrasiyasındakı rəsmilər hələ 2019-cu ilin iyulunda Ankaraya sanksiya qoymağı təklif ediblər. Bunu məsələdən agah mənbələr “Reuters”ə deyib. O zaman Türkiyə hökuməti artıq S-400-ləri almağa başlamışdı.

“Reuters” ABŞ-ın təzyiqinin artmasının riskli tərəflərinin də olduğunu yazır. Vaşinqton Erdoğanın Rusiya Prezidenti Vladimir Putinə çox yaxınlaşmasını da istəmir. Sonuncunun məqsədi NATO alyansını zəiflətmək və parçalamaqdır.

Türkiyə “S-400”-ləri oktyabrda sınaqdan keçirib. Ankara onların NATO sistemlərinə inteqrasiya olunmayacağını, təhdid yaratmadığını bildirir.

BirləşmişŞtatlar isə hesab edir ki, “S-400” NATO-ya təhdid yaradır və ötən il Türkiyəni F-35 qırıcı təyyarə proqramından kənarlaşdırdı.

“Lockheed Martin” şirkətinin hazırladığı “F-35” ABŞ arsenalında ən müasir təyyarə sayılır, NATO üzvləri və ABŞ-ın digər müttəfiqlərinin istifadəsindədir.

ABŞ Dövlət Departamenti planları dəyişə, Türkiyəyə planlaşdırılan sanksiyaların miqyasını genişləndirə, yaxud məhdudlaşdıra bilər...

Türkiyə Prezidenti R. T. Ərdoğan dekabrın 11-də İstanbuldan videoəlaqə ilə hakim Ədalət və İnkişaf Partiyasının üzvlərinə müraciət edib.

“BirləşmişŞtatlar və Avropa hökumətlərinin anti-Türkiyə lobbilərinin təsirindən çıxacağına, obyektiv və davamlı siyasət yürüdəcəyinə ümid edirik”,– deyən Ərdoğan siyasi məqsədlərlə qoyulan sanksiyaların tərəflərin hamısına ziyan verdiyini, hər hansı fayda gətirmədiyini söyləyib.

“İnanırıq ki, dialoq və əməkdaşlıq yoluyla həlli mümkün olmayan problemimiz yoxdur. Qapılarımız eyni qaydada investorların üzünə açıqdır və belə də qalacaq”, – Ərdoğan vurğulayıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol