Menu

Türkiyədən İŞİD-ə ağır zərbə

13.10.2014, 09:12
Türkiyədən İŞİD-ə ağır zərbə

İŞİD-ə qarşı mübarizəyə qoşulmaq üçün öz hərbi bazalarını təqdim edib.

Ağ Ev rəhbərliyinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bu barədə açıqlama verib.

Rays bildirib ki, rəsmi Ankara İŞİD-ə qarşı zərbələr endirməyə hazırdır. Ağ Ev rəsmisi Türkiyənin bu qərarını alqışladığını qeyd edib.

Türkiyə İŞİD-lə mübarizədə Adana vilayətindəki İncirlik hərbi bazasından istifadə etməyi planlaşdırır. Baza Suriya sərhədindən cəmi 160 kilometr aralıda yerləşir.

Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara qatılmasına dair Amerika hökuməti ilə aparılan danışıqlar hələ ki, davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol