Menu

Heydər Əliyevin xatirəsi Həştərxanda yad edilib - FOTOLAR, VİDEO

12.12.2020, 14:38
Heydər Əliyevin xatirəsi Həştərxanda yad edilib - FOTOLAR, VİDEO

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiyanın Həştərxan şəhərində də ehtiramla yad edilib. Həştərxanda Heydər Əliyevin adını daşıyan parkdakı abidəyə çiçək qoyma mərasimi keçirilib.

“AzPolitika.info” xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin tapşırığı ilə tədbirdə Həştərxan vilayəti hökumətinin sədr müavini Mixail Boqomolov və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla yanaşı, Heydər Əliyevin anım günü ərəfəsində Həştərxanın və Bakının Nərimanov rayonları rəhbərləri, deputatlar və ictimai xadimlərin iştirakı ilə Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş onlayn toplantı keçirilib. Görüş Heydər Əliyevin anım günü ərəfəsində baş verdiyi üçün, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həştərxan Vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov deyib ki, Həştərxan Vilayəti üçün Azərbaycan Xəzər regionunda ən başlıca tərəfdaş sayılır. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə qeyd edib ki, Azərbaycanla Həştərxan Vilayəti arasındakı əlaqələr böyük tarixə malikdir. Bu əlaqələr SSRİ dövründə də yüksək səviyyədə olub, prezidentlər İlham Əliyev və Vldaimir Putin isə bu əlaqələrin inkişafına yeni impuls veriblər. İcra başçısı qeyd edib ki, bu faktı Azərbaycan Prezidentinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda həyata keçirilən çoxsaylı sosial-iqtisadi və humanitar layihələr də təsdiqləyir.

Həştərxanın Nəriman Nərimanov rayonunun başçısı Valeri Alcanov isə deyib ki, onun rəhbərlik etdiyi rayonu Azərbaycanla bağlayan təkcə Nəriman Nərimanov şəxsiyyəti deyil. O, qeyd edib ki, Həştərxanın Azərbaycanla çox qədim tarixə malik iqtisadi əlaqələri olub. V.Alcanov bildirib ki, Bakının və Həştərxanın Nərimanov rayonlarının sıx əlaqələrinin qurulması üçün böyük potensial var. Tərəflər rayonlar arasında əməkdaşlığın inkişafı ilə bağlı tədbirlər görülməsinə dair razılığa gəliblər.

Cəlal

“AzPolitika.info”







Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol