Menu

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib - FOTO

12.12.2020, 15:30
Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib - FOTO

Görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib.

Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin rəhbərliyi ilə baş tutmuş onlayn tədbirə Rusiya Federasiyası Həştərxan vilayətinin rəsmi şəxsləri də qatılıb.

Ümummillli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə həm Həştərxan vilayətinin rəsmi şəxsləri, həm də tədbirə Azərbaycan tərəfindən qatılmış şəxslər təkliflərlə çıxış ediblər.

Nəriman Nərimanovun qarşıdan gələn 150 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr keçirilib.

Xatırladaq ki, 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olub.

Şərhlər

Səid 2020-12-13 01:27:43

Bizə niyə dayanmadan Sovet İttifaqı dövrlərini xatırladırsınız?! Yoxsa bu ittifaqın analoqu gündəmdədir?!! Bəlkə xəbərimiz yoxdur?!! Ruslan bağlı hər şeydən uzaqlaşmaq lazımdır.

t.ədalət 2020-12-12 15:34:19

Nəriman Nərimanovu xatırlamaq boynumuzu yenidən rus işğalının boyunduruğuna soxmaqdır,müstəmləkədə yaşamağı arzulamaqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol