Menu

Türkiyə ordusu İraqda əməliyyat keçirib

13.12.2020, 10:30
Türkiyə ordusu İraqda əməliyyat keçirib

Türkiyənin Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə İraqın şimalında Qara ərazisində antiterror əməliyyatı keçirib. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat zamanı PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəində 5 terrorçu məhv edilib.

Nazirlik vurğulayıb ki, terrorçulara qarşı effektiv və qətiyyətli əməliyyatlar davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol