Menu

“Cənubi Qafqazda ÜDM-in hər 5 dollarından 3-ü Azərbaycana məxsus olub” - "Cəmi 40 senti Ermənistana..."

13.12.2020, 17:46
“Cənubi Qafqazda ÜDM-in hər 5 dollarından 3-ü Azərbaycana məxsus olub”  - "Cəmi 40 senti Ermənistana..."

“2019-cu ildə Cənubi Qafqazın ÜDM-i 79 milyard 463,6 milyon dollar olub ki, onun da 48 milyard 47,6 milyon dolları və ya 60,5 faizi Azərbaycanın, 17 milyard 743,8 milyon dolları və ya 22,3 faizi Gürcüstanın, 13 milyard 672,8 milyon dolları və ya 17,2 faizi Ermənistanın payına düşüb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, ötən il Cənubi Qafqaz üzrə formalaşmış ÜDM-in hər 5 dollarından 3 dolları Azərbaycana məxsus olub. 

“Hesablamalar göstərir ki, Azərbaycanda gizli iqtisadiyyatın leqallaşdırılması, inhisarçılığın və korrupsiyanın aradan qaldırılması nəticəsində Cənubi Qafqazda formalaşacaq hər 4 dollardan 3 dolları Azərbaycanın payına düşə bilər. Proqnozlara görə, bu halda da yerdə qalan 1 dolların 60 senti Gürcüstana, 40 senti də Ermənistana məxsus olacaq”- deyə iqtisadçı vurğulayıb.

Q. İbadoğlu qeyd edib ki, işğaldan azad olmuş ərazilərdə təsərrüfat fəaliyyətinin təşkili və yeni əlavə dəyərin formalaşması nəticəsində bir necə ildən sonra Cənubi Qafqaz ÜDM-inin 75 faizi Azərbaycanda formalaşacaq: “Bununla yanaşı, Azərbaycanda gizli iqtisadiyyatın leqallaşdırılması, inhisarçılığın və korrupsiyanın aradan qaldırılması nəticəsində Cənubi Qafqazda formalaşacaq hər 5 dollardan 4 dolları Azərbaycanın payına düşə bilər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol