Menu

Azərbaycan güləşçisi bürünc medal uğrunda qırgız idmançısı ilə mubarizə aparacaq

13.12.2020, 18:22
Azərbaycan güləşçisi bürünc medal uğrunda qırgız idmançısı ilə mubarizə aparacaq

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Əzizli axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.

Qeyd edək ki, İslambek Dadov (67 kq) bu gün final görüşündə Rusiya təmsilçisi Nazir Abdullayevin müqavimətini qırmağa çalışacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol