Menu

"Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb" - Həsən Ruhani

14.12.2020, 18:33
"Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb" - Həsən Ruhani

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani media mənsubları ilə mətbuat konfransında deyib.

H.Ruhaninin sözlərinə görə, Türkiyə tərəfinin bildirdiyinə əsasən, Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb: “Buna əsasən, Türkiyə prezidentinin çıxışını tam şəkildə dəyərləndirmək lazımdır”.

İran prezidenti deyib ki, İranda bu məsələyə reaksiyanın göstərilməsi başa düşüləndir. Çünki ərazi bütövlüyü İran üçün önəmlidi: " Ərazi bütövlüyü, İranın mövqeyi xüsusi əhəmiyyətə malikdir. Türkiyə rəsmiləri açıq şəkildə bildirdi ki, cənab Ərdoğanın həmin çıxışında regional əməkdaşlığa diqqət yetirib. Cənab Ərdoğanı tanıdığım üçün onun İranın ərazi bütövlüyünü şübhəyə alacağına inanmıram”.

Şərhlər

Araz 2020-12-14 21:45:45

Tarixdə xeyli sayda ağıla gəlməz səbəblərdən münaqişələr olub,məsələn futbol mühariibəsi.Amma və lakin bayatıya görə münaqişə yaratmağ yalnız iran mollalarının ağlına gəlib.iranın başbilənlərinin əqli problemləri açıq görünür.Deyəsən embarqolar onların psixologiyasını pozub

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol