Menu

Bakıda ağır qəza: ər öldü, arvadı xəstəxanaya yerləşdirildi

13.10.2014, 10:42
Bakıda ağır qəza: ər öldü, arvadı xəstəxanaya yerləşdirildi

Dünən Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, saat 16:00-radələrində 1953-cü il təvəllüdlü Məmmədov Tahir Əzizağa oğlunun idarə etdiyi “VAZ 2104” və 1974-cü təvəllüdlü Rüstəmov Fərhad Bulud oğlunun sürdüyü “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ 2104”ün sürücüsü Tahir Məmmədov hadisə yerində keçinib. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, 1960-cı il təvəllüdlü Qəzənfərova Bilqeyis Bəyaba qızı isə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol