Menu

Azərbaycanda maskaya görə cərimələr yenidən artırılır

16.12.2020, 12:53
Azərbaycanda maskaya görə cərimələr yenidən artırılır

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

"Report" xəbər verir ki, dəyişikliklə Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə –fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Şərhlər

Vetendaş 2020-12-16 14:03:33

Artıq parlamentde oturanların millət vəkilliyi tam şübhe altına düşdü .. bunun başqa anlamı yoxdur

t.ədalət 2020-12-16 13:19:09

Görəsən,parlamentdəki adamlar bu xalqın içərisindən çıxıb?Məgər bilmirlər ki,maska almağa əksəriyyətin pulu yoxdur?Hər iki saatdan bir dəyişilməli olan maskanı camaat ildə bir dəfə dəyişir.Ola bilməz ki,xəstələri lazımi dərmanla təmin etməkdən boyun qaçıran dövlət haqqında da hansısa bir cəza qərarı çıxarsınlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol