Dünən Milli Şuranın mitinqdə İŞİD bayrağını qaldıran şəxsin kimliyi bəlli olub. AzNews.az mitinq zamanı İŞİD qruplaşmasının bayrağını açan şəxslərdən birini taparaq onunla söhbət edib.
Adının Ramin Quliyev olduğunu deyən həmin şəxs mitinqə dostunun dəvəti ilə gəldiyini bildirib:
“Dostum mənə dedi ki, şəhərdə icazəli mitinq var. Mən onunla birgə mitinqə qatıldım. Stadionda durub mitinqi izləyən zaman tanımadığım bir şəxs mənə bir bayraq verdi və dedi ki, bunu dalğalandır. Mən heç nə başa düşmədim və bayrağı açanda üstümə hücum çəkildiyini gördüm. Bir neçə nəfər məni stadiondan kənarlaşdırdı. Daha sonra isə ərazidə olan polislər məni Yasamal Rayon Polis İdarəsinə apardı. Şəxsiyət vəsiqəm üstümdə idi, “Samsung”da kreditim var, banka gedib pul ödəməliydim. Polislərə şəxsiyət vəsiqəmi təqdim etdikdən sonra məni bölmədən buraxdılar”.
Qeyd edək ki, dünən Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinq zamanı İŞİD qruplaşmasının bayrağı qaldırılıb.


Şərhlər