Menu

Yer kürəsinə beş asteroid yaxınlaşır

17.12.2020, 01:43
Yer kürəsinə beş asteroid yaxınlaşır

Bu həftə Yer planetinə beş asteroid yaxınlaşır, onlardan ikisi Aydan yaxın olacaqlar. Bu barədə “Report” NASA-ya istinadən xəbər verir.

Qeyd edilir ki, üç asteroid dekabrın 16-da (ABŞ vaxtı ilə) Yer kürəsinə yaxınlaşacaq. Onların diametri 10-24 metr təşkil edir. Asteroidlərdən ən yaxını Yer kürəsindən 343 min kilometr məsafədə keçəcək.

Diametri 6,8 metr və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaqlar. Onlardan daha kiçiyi planetimizdən 57,1 min kilometr məsafədən keçəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol