Menu

Gürcüstanda koronavirusun yayılması dayanıb

17.12.2020, 11:31
Gürcüstanda koronavirusun yayılması dayanıb

“Gürcüstanda koronavirus infeksiyasının yayılmasını dayandırmaq mümkün olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş nazir səlahiyyətlərini icra edən Giorgi Qaxariya hökumət iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda yoluxma hallarının sayı nisbətən sabitləşib: “Son aylar ərzində bu gün ilk dəfə olaraq 3 mindən az yoluxma halı qeydə alınıb. Bu, bizə ehtiyatlı nikbinliyə əsas verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol