Menu

Azərbaycanda koronavirusa 4 124 yeni yoluxma qeydə alınıb

17.12.2020, 14:42
Azərbaycanda koronavirusa 4 124 yeni yoluxma qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər “COVID-19"dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, bu günə qədər isə ümumilikdə 2 016 003 test icra olunub.

Şərhlər

t.ədalət 2020-12-17 17:34:29

Göründüyü kimi,cərimə toplamaq üçün əhalini qadağalar məngənəsində sıxmaq heç bir nəticə vermir.Yoluxma səviyyəsi nə enir,nə də artır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol