İLHAM ƏLİYEV PUTİNİN AÇIQLAMASINI ŞƏRH ETDİ - “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı” + VİDEO

Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

AzPolitika.info məlumat verir ki, Azərbaycan Prezidenti bildirib ki, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı söhbətdən artıq yalnız keçmiş zamanda danışıla bilər.

“Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam. Bu, artıq tarixdir”, - deyə dövlət başçısı qeyd edib.

Prezident Ermənistandakı revanşist qüvvələrə Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə görə xəbərdarlıq edib.

Dövlət başçısı Vladimir Putinin Qarabağla bağlı açıqlamasını üçtərəfli razılaşmanın həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr üçün “mühüm siqnal” adlandırıb.

“Müsahibədə Vladimir PutinəErmənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq?” sualı veriləndə o, bunun intihar olacağını deyib. Bu, doğrudan da, belədir”, - o qeyd edib.

“Bəyanatın imzalanmasından keçən ayyarım ərzində cəmi 1 atəşkəsi pozuntusu insidenti olub. Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib” - deyə, Prezidenti İlham Əliyev bildirib.

“Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”, - dövlət başçısı xatırladıb

635x100

Şərhlər

Roma 2020-12-21 21:06:55

"Qarabağ Azərbaycan ərazisidir" və ermənistanın özü belə Qarabağın müstəqilliyini tanımayıb deməklə, Putin erməniyə ipucu verir, yəni siz tanıyın, Rusiya da hələ 5-10 il bununla manupulyasiya edər, sonrasına baxarıq...

Cəmşid Dərələyəzli 2020-12-20 09:29:36

Cənab Prezidentin çıxışını bir daha dinlədim. Çox yaşa cənab Prezident. Ço məntiqli və tutarlı bir çıxış. Hər kəsin öz sözü ilə ona oz dili ilə anlatdın. İnşallah bu siyasi davranış və qətiyyətiniz sonda öz sözünü deyəcık. Tanrı yardımçınız olsun.

Veteran 2020-12-20 00:11:01

Bəs o hansı statusdan ehyam vururdu? Bu şübhə doğurur.O yanaşmasında səmimi deyil. il

Cəmşid Dərələyəzli 2020-12-19 09:27:26

Əhsən cənab Prezident, hər kəsi öz sözü ilə.

Azad 2020-12-18 17:31:35

Suriyanı o günə Putin salıb. Rus hara girirsa oranı qana calxalayır...

Rt 2020-12-18 17:02:23

El helal qardash !!!!

Son yazılar