Türkiyədə kürd vətəndaşların hökumətə qarşi etiraz aksiyaları ötən gün Hakkari vilayətində baş tutub.
ANS TV-nin məlumatına görə, bu etirazlar da qarşıdurmasız ötüşməyib. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. İndiyədək baş verən aksiyalarda azı 36 nəfərin öldüyü bildirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölüm hallarına görə, müxalifəti günahlandırıb. Ərdoğan hökumətin İŞİD -də bu vaxta kimi zərrə qədər də olsa dəstək vermədiyini deyərək, xalqı təhriklərə uymamağa çağirib.
“Bir həftə ərzində 40-a yaxın vətəndaşımız həyatını itirdi. Bunların qatili kimdir? Bunların qatili küçələrə çağırış edən məlum müxalifət partiyasıdır. Bu çağırışlara dəstək verən ana müxalifət partiyasıdır. Twittlər ataraq bunu edirlər. Belə məsuliyyətsizlik olmaz. Dovşana qaç deyirlər, tazıya tut”, - deyə Ərdoğan bildirdi.

Şərhlər