Menu

Paşinyanın parlamentdəki tərəfdarlarının sayı azalır

18.12.2020, 21:51
Paşinyanın parlamentdəki tərəfdarlarının sayı azalır

Ermənistanın hakim "Mənim addımım" fraksiyasından daha bir deputat - Tiqran Karapetyan mandatından imtina edib.

“Report” Ermənistan mətbuatına istinadla xəbər verir ki, parlament üzvü bu barədə özünün sosial şəbəkədəki səhifəsində bildirib.

“Mən mandatımdan imtina barədə qərar qəbul etdim”, - deyə o feybukdakı səhifəsində yazıb.

"Bizdə güclü hərbi sənayenin olacağına inanmaqda davam edirəm və mənim həyatımın mənası bunda olacaq. Biz ümidimizi itirmək haqqına malik deyilik. Özümüzdə güc tapmalı və yaşamalıyıq", - o qeyd edib.

Daha əvvəl bildirilib ki, “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir. Eyni zamanda deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib.

Şərhlər

Eli 2020-12-18 22:00:23

Bedbext tupoy daşnak seni seçibler teyin etmyiblerqanmaz oglu qanmaz faşist köpekoğlu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol