PAŞİNYAN ƏLİYEVİN GÖZÜNƏ GÖRÜNMƏK İSTƏMƏDİ - MDB sammiti Ermənistansız keçdi...

Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının onlayn keçirilən zirvə gğrüşündə iştirak etməyib. Onun mətbuat katibi bildirib ki, baş nazir atasının dəfn mərasimində iştirak etdiyinə görə toplantıya qatıla bilməyib. Əslində gətirilən səbəb Ermənistan rəhbərinin iki saat çəkən sammitdə iştirakı üçün əsas ola bilməz. Başqa ciddi səbəblər var.

Şübhəsiz ki, Paşinyan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış ölkənin lideri kimi bu görüşdə iştirak etməyə psixoloji cəhətdən hazır olmayıb. Onun təxmin etdiyi kimi, Azərbaycan Prezidenti tədbirdə Ermənistan üzərində əldə olunan möhtəşəm qələbədən ətraflı danışıb. Dövlət başçısı erməni ordusunun 80 faizinin məhv edildiyini bildirib: “Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar. Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildilər".

İlham Əliyev daha sonra qeyd edib ki, darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sarqsyanın 20 il ərzində yaratdığı ordudur.

“Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Paşinyanın ordusu dağıtmayıb. O, elə bir tapşırıq vermirdi. Birincisi, dağıtmağa artıq heç nə yox idi. Bunların hamısını Köçəryan və Sarqsyan rejimi törədib. Bu adamlar 20 il bizim iclaslarda iştirak edirdilər. Bu adamlar illər boyu mənimlə danışıqlar aparırdı. Biz bilirdik ki, bunların əli azərbaycanlıların qanına batıb. Biz o ərazilərə gələndə onların törətdikləri faciənin bütünlüklə gördük. Bu səbəbdən vəziyyəti öz siyasi məqsədləri üçün istifadə edərək Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryan ilə Sarqsyan qururdu. Biz onların ordusunu darmadağın etdik”, - Azərbaycan lideri vurğulayıb.

Nikol Paşinyan zirvə görüşündə iştirak edərdisə, mütləq İlham Əliyevə cavab verməyə çalışacaqdı. Amma məğlub, siyasi böhran içində çabalayan ölkənin lideri nə deyə bilərdi, hansı arqument gətirib məntiqli cavabla vəziyyətdən çıxmağa çalışardı? Görünür, o bu barədə xeyli düşündükdən sonra deməyə söz tapmayıb çıxış yolu kimi tədbirə qatılmamağı üstün tutub. Əlbəttə, bu addımla o, həm də Rusiyaya narazılığını çatdırmaq istəyib. Paşinyan tərəfdarları hesab edirlər ki, Rusiya 44 günlük müharibədə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədi və nəticədə güclü Türkiyə-Azərbaycan ittifaqı qarşısında Ermənistanı tək qoydu. Moskva istəsəydi, müharibəni ilk gündən dayandırıb Ermənistanı belə rüsvayçı məğlubiyyətdən qurtara bilərdi. Amma Putin qəsdən şərait yaratdı ki, Azərbaycan onu əzişdirib haldan salsın, son anda yerdən qaldırıb erməni xalqına Rusiyanı xilaskar kimi təqdim etsin.

Əlbəttə, bunlar rüsvayçı vəziyyətə düşən Paşinyan komandasının özünümüdafiə arqumentləridir. Fakt odur ki, Azərbaycan qısa müddətdə işğalçı ordusunu az itkilərlə darmadağın edib, torpaqların böyük bir hissəsini geri aldı. Arqumentlərin o hissəsi doğrudur ki, Rusiya prosesə müdaxilə edib Ermənistanı xilas etdi. Əks halda, Azərbaycan Ordusu Dağlıq Qarabağın bütün ərazisini işğaldan azad edib 30 illik erməni iddialarına birdəfəlik süpürgə çəkərdi. Bu iş hələlik geosiyasi səbəblərdən ləngisə də, mütləq öz məntiqi sonluğuna çatacaq. Azərbaycan bu prosesə hazırdır.

E. Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Azərbaycanlı 2020-12-19 15:49:55

Prizidentimiz Cənab İlham Əliyevin 44 gün ərzindəki çıxışlarını,10 noyabrdan sonrakı çıxışlarını,xarici kanallara müsahibələrini çox diqqətlə dinləmişik.Çox möhtəşəm,çox dəqiq tarixi faktlara əsaslanan çıxışlar idi.Cənab Prizidentin çıxışında dolayısı ilə Paşinyanı günüh keçisi bilməməsi doğrudur.2 il ərzində Paşinyan bu işləri görməsi mümkün deyil.Bütün bunlar terrorist,əli qana batmış,alçaq Koçaryandan,Sargsyandan qalmış bəlalardır.Prizidentimiz çox düz deyir ki ,dağıdası bir şey də qalmamışdı Paşinyana.Bir sözlə Paşinyan "Pisin yaxşısıdır".Vaxt gələcək erməni xalqı kimin kim olduğunu biləcək,ola bilsin ki 30 ildən sonra Paşinyana heykəl ucaldacaqlar.

Cəmşid Dərələyəzli 2020-12-19 09:23:52

C. İlham Əliyev “Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryan ilə Sarqsyan qururdu. Biz onların ordusunu darmadağın etdik”, Bəli Ölkə Başçısınin dediyi bu fikirlər həqiqətdir və biz bu həqiqəti görməzdən gələ bilmərik. Cənab Ali Baş komandan əslində bu tədbirdə söylədiyi fikirlərlə Paşinyanın öz ölkəsindəki sələflərindən fərqli olaraq dolayısı ilə ona bir növ Ermənistanın düşdüyü biyabırçı vəziyyətdən uzaq tutur. Sanıram Ermənistanda Paşinyanın hakimiyyətdə qalması həm yerli erməni xalqına, həm də bizə sərf edir. Belə ki, yerli ermənilər Qarabağın seperatçılarından day boğaza yığılıblar. Bizə isə Paşinyan kimi adamın indiki vəziyyətdə Ermənistan hakimiyyətinin başında qaıması ona görə sərf edir ki, o bu dərsdən sonra bağlanılan üş tərəfli sazişə əməl etməklə gələcəyə baxıb, Azərbaycan və Türküyə ilə siyasi əlaqələri qurmağa çalışacaq. Çünki, o buna məcburdu. Ona görə ki, başqa cür hərəkətlər edərsə o öz sonunu gətirmiş olar. Onsuz da sonu it günündədir.

Mirzə Qafarlı 2020-12-19 07:53:54

Təhlilin ilk hissəsi ilə razıyam. Lakin bu fikirlərin təhlildə yer alması ilə razı demədi və nəticədə güclü Tüyiləm. "Paşinyan tərəfdarları hesab edirlər ki, Rusiya 44 günlük müharibədə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədi və güclü Türkiyə- Azərban ittifaqı qarşısında b Ermənistanı belə rüsvayçı məğluErmənistanı tək qoydu. Moskva istəsəydi, müharibəni ilk gündən dayandırıb Ermənistanı bu rüsvayçı məğlubiyyətdən qurtara bilərdi". Hesab edirəm ki, belə fərziyələri irəli sürməklə əhalimizin gözündə Rusiya faktını həddən artıq yüksəldib, Azərbaycanın Dövlət qabiliyyətinə kölgə salırıq.

Son yazılar