“ERMƏNİSTAN ÖZ SƏRHƏDLƏRİNƏ GERİ ÇƏKİLİR, ƏKS HALDA..." - Paşinyan Zəngəzuru itirmək təhlükəsindən danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə elan olunan 3 günlük matəmlə bağlı xalqa müraciət edib.

“AzPolitika.info” xəbər verir ki, baş nazirin bu müraciəti də əvvəlkilərdən çox fərqlənməyib və Ermənistanın Qarabağ müharibəsindəki darmadağınına, eləcə də bu məğlubiyyətin səbəblərinə həsr olunub.

Paşinyan bildirib ki, son 84 gündə erməni xalqı əsl kabus yaşayıb və yaşamaqdadır: “Bu müharibə bizim üçün ağır nəticələr verdi. Son 84 gün sözsüz ki, xalqımızın ən ağır günləri sırasına daxildir. Biz bütün millət olaraq, kabus yaşadıq və yaşayırıq...”

Baş nazir qeyd edib ki, məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürsə də, onun “qurbanlıq keçi” yerinə qoymaq doğru deyil: “Əgər qurbanlıq keçi institutu sakitləşmək, hirs və qəzəbi boşaltmaq üçün yaxşıdırsa da, bu, baş verənlərin tam və dərinliyinə qədər anlamaq üçün heç də xeyirli deyil... Baş verənlər bir və ya bir neçə nəfərin səhvlərinin, yaxud bir neçə ilin nəticəsi ola bilməzdi. Reallıqla üz-üzə durmaq və etiraf etmək lazımdır ki, biz uzun illər boyu səhvlər etmişik və bu səhvlər sistematik və konseptual xarakter daşıyıb... Mən indi daha çox anlayıram ki, tarixin hərəkətdə olan çarxını saxlamaq üçün vaxtımız olmayıb. Müqavimət ümidsiz idi, lakin mənasız deyildi...”

Paşinyan müraciətində son günlər Ermənistanda böyük etirazlara səbəb olan Zəngəzurdakı sərhəd məsələsinə də toxunub və bildirib ki, Ermənistan beynəlxalq birliyin tanıdığı sərhədlərə çəkilmək məcburiyyətindədir: “Sünikdə (Zəngəzur-red.) sərhədlərin dəqiqləşdirilməsi işi aparılır. Ermənistan silahlı qüvvələri və sərhəd qüvvələri Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərində yerləşdirilir. Bu, əlbəttə ki, müəyyən dəyişikliklərə, çətinliklərə və narahatlığa səbəb olur. Lakin bütün bunlar Sünikin təhlükəsizliyi və sərhədlərin möhkəmləndirilməsi üçün edilir. Problem ondadır ki, son günlər Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərindən kənarda hərbi əməliyyatların bərpası baş verə bilər və bu dalğa Sünikin ərazisinə keçə bilərdi...”

Göründüyü kimi, Baş nazir ermənilərə başa salmağa çalışıb ki, Zəngilan istiqamətindəki silahlı dəstələr geri çəkilməsəydi, Ermənistan hətta Zəngəzuru itirmək təhlükəsilə üz-üzə qala bilərdi.

Paşinyan deyib ki, artıq Zəngəzur istiqamətində Azərbaycanla sərhədə Rusiya sərhədçilərinin cəlb edilməsi həyata keçirilir və bu, Ermənistanın təhlükəsizliyi baxımından tam yeni situasiyadır.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-12-19 19:16:21

Rayonların birində bir pəzəvəg heç vaxt işıq pulu vermirmiş. Kimi oraya təyin etsələr də onunla başarmırmı. Bir gün yeni bir təyinat olur. Ona deyillər filan kəndə gedəndə filankəsin qapısını döymə onsuz da ala bilməyəcəksən. Bu adam da axşamdan özünü hazırlayır, sabah üz tutur o kəndə. Birinci də həmin adamın qapısını döyür. Qapı açılan kimi bunun ağzını verir yumuruğa. Arada başlayır yalvarmağa ki, axı meni niyə vurursan deir sən kimsən ki, işıq pulunu vermirsən. deyir ay qardaş axı məni sənin kimi başa salan oldu ki mən işıq pulunu verim. İndi görünən o ki, Paşinyana Azərbaycanın o dəmir yumuruğu lazım imiş. ..

VM 2020-12-19 14:53:51

İt QORXAGİDİLAR ERMƏNİ TULALARİ!RUS OLMADAN HEC BİR SEYƏ QADİR DEYİLLƏR!UTANİB OLMURLƏR SEREFSİZLƏR!ƏSLİNDƏ RUSDA BİZDƏN NECƏ LAZİMDİ UYUDUR HƏLƏ GET-GEDƏ BU LAP ACİQ GORUNECEK!

Son yazılar