Menu

Çili prezidenti cərimə olunub - Çimərlikdə maskasız gəzdiyinə görə...

20.12.2020, 16:16
Çili prezidenti cərimə olunub - Çimərlikdə maskasız gəzdiyinə görə...

Çilinin prezidenti Sebastyan Pinera icimai yerlərdə maska rejimini pozduğuna görə, 2,5 milyon peso (3,5 min dollar) cərimələnib.

Valparasio bölgəsinin Səhiyyə Nazirliyi «Tvitter»də xəbər verib ki, dövlət başısı qanun pozuntusu barədə özü məlumat verib. Belə ki, prezident çimərlikdə naməlum bir qızla foto çəkdirib. Bu fotonun sosial şəbəkədə yer alması ölkədə səs-küylü rezonansa səbəb olub. 

Pineranın sözlərinə görə, o, sahildə gəzərkən insanlar onu tanıyaraq, epidemiya qaydaları baxmından təhükəli məsafəyə qədər yaxınlaşaraq, onlarla şəkil çəkdirməyi xahiş ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol