Menu

Roma Papası Milad bayramına qarşı münasibəti qınayıb

20.12.2020, 18:45
Roma Papası Milad bayramına qarşı münasibəti qınayıb

Roma Papası Fransisk bildirib ki, bir çoxu istehlak məntiqinə tabe olaraq Miladın əsl mənasını unudur.

APA-nın TASS-a istinadən məlumatına görə, o, deyib ki, hədiyyələr, alış-veriş, gəzinti istehlakçıları miladın əsl mahiyyətini oğurlayıb:

“Beytləhmdə (Məsihin doğulduğu yer) yoxsulluq var idi, amma sevgi daha çox idi”.

Papa bayramın əsl ruhuna qayıtmaqla bağlı çağırış edib.

Fransisk daha əvvəl qeyd etmişdi ki, koronavirus pandemiyasının mövcud şərtləri və bununla əlaqədar qoyulmuş məhdudiyyətlər imkan verir ki, qarşıdan gələn Milad bayramını “daha dini” formada qarşılayaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol