Menu

Şəhidimiz Biləsuvarda dəfn olundu - FOTO

20.12.2020, 22:38
Şəhidimiz Biləsuvarda dəfn olundu - FOTO

Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş əsgər Qənbərli Vüsal İlkin oğlu dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, əvvəlcə rayonun Günəşli kəndində şəhidlə vida mərasimi keçirilib.

Sonra Vüsal Qənbərli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri və rayon rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Şəhidimiz Vətən müharibəsinə könüllü olaraq qatılmışdı və 2 aya yaxın idi ki, itkin hesab edilirdi.

Allah rəhmət eləsin!


Şərhlər

Xalq 2020-12-20 22:47:25

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol