Menu

Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı

21.12.2020, 00:58
Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı

Bakıda intihara cəhd hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

t.ədalət 2020-12-21 12:04:54

Ölkədə baş cərimələrin toplanmçasına qarışıb.Səriştıəsizlərin düzgün formalaşdıra bilmədiyi karantin rejimi güzəran ehtiyaclarını,nəinki artırıb,xalqı ehtiyaclar məngənəsində boğmağa başlayıb.Müharibənin maliyyə ehtiyacları vətəndaşların boynuna yüklənib.Zorla əməkhaqlarından istədiklərini götürürlər.Bir vaxtlkar İspaniyada da belə vəziyyət yaranmışdı.İnsanlar aclıqdan qurtulmaq üçün intihar yolunu seçirdilər.Səriştəsiz kadrlar ölkə iqtisadiyyatını xalqın cibini talamaqla idarə edirlər.

kasıb 2020-12-21 08:31:52

Ağıır həyat şəraiti problemlər ac-yalavac insanlar artıq intihara əl atmaqa başlayıblar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol