"26 İL BAŞQASININ ÖLKƏSİNDƏ AĞALIQ ETDİNİZ..." - Paşinyanın dostu

“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”.

“Report” xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb.

Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb.

Qeyd edək ki, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan Ermənistan baş nazir Nikol Paşinyanın yaxın dostudur. Mətbəə, reklam agentliyi, dizayn-studiya və s. xidmətlər göstərən “Antares” baş nazirin bütün poster, buklet və reklam məhsullarının istehsalçısıdır.

635x100

Şərhlər

RR 2020-12-21 15:04:47

İlanın ağına da lənət qarasınada.

Cəmşid Dərələyəzli 2020-12-21 12:14:45

Azərbaycanın dəmir yumuruğu, ermənistanda hələ çox başlara ağıl gətirəcək. Yavaş-yavaş.İravanda muxalifətin ehtirasları sönsün, ermənicə "axbüer" sözü gündəlikdən çıxacaq, başlayacaqlar qardaş deməyə. Amma ne qeder desələrdə bu dəfə çomağı əldən buraxdı yoxdu. Bu şərəfsizlərə day güvənmək getdi.

Cavan 2020-12-21 11:43:00

ERMƏNİ XALQININ İÇƏRİSİNDƏ İŞIQLI İNSANLAR VAR,HAYIF ONLARA QULAQ ASAN YOXDUR.RUSİYA HƏR İKİ XALQIN MƏHRUMİYYƏTLƏRİ ÜZƏRİNDƏ BİZİM TORPAĞIMIZDA AĞALIQ EDİR,QEYRƏTLİ CAVANLARIMIZIN ÖLÜMÜNƏ BAİS OLUR.BÜTÜN BƏLALARIN BAŞI RUSİYADIR.NƏ QƏDƏR ERMƏNİ XALQI BUNU TEZ BAŞA DÜŞSƏ BƏLALARDAN CANIMIZ TEZ QURTARAR.

Son yazılar