Xarici KİV-in məlumatına görə, dekabrın 20-də bir sıra Avropa ölkələrindən gələn xəbərlərdə deyilir ki, bu ölkələr yeni təhlükəli koronavirus mutasiyasının aşkar olunmasından sonra Böyük Britaniya ilə hava və dəmir yolu nəqliyyatını bağlamaq qərarına gəliblər.
«BFM» telekanalının xəbər verdiyi kimi, «Fransa bu varianta bütün ciddiliyi ilə yanaşır». Kanalın məlumatına görə, Britaniya ilə avia və dəmir yolu əlaqələrinin dayandırılması barədə qərar yaxın saatlarda verilməlidir.
Telekanal qeyd edir ki, analoji qərar qəbul etməyə Belçika, Niderland, Almaniya kimi ölkələr da hazır olduğunu bildirib. «BFM»-in məluatına görə, bu məsələ ilə bağlı Fransa Avropa İttifaqı (Aİ) ölkələrinin koordinasiya olunmuş qərar qəbul etməsinə çalışır.
Paris hospitalları İdarəsinin Baş direktoru Martin İrq «RTL» radiosunun efirindən bəyan edib ki, «hazırda koronavirusun yeni mutasiyası Fransa ərazisində aşkar olunmayıb».
«Bazar günü mən, situasiyanın monitorinqini aparan bütün laboratoriyalara zəng vurdum, onların heç biri götürülmüş nümunələrdə virus aşkar etməyib» - idarə rəisi bildirib.
Xəbər verildiyi kimi, İtaliyanın Xarici İşlər Nazirliyi (XİN) yeni koronavirus mutasiyası səbəbilə, artıq Böyük Britaniya ilə avia-əlaqələrin dayandırıldığını bəyan edib. İsraildən gələn xəbərlərdə isə deyilir ki, hakimiyyət «Britaniya ilə avia-əlaqələrin təcili dayandırılması barədə qərarı müzakirə edir». Danimarka və Cənubi Afrika Respublikası da analoji qərar qəbul etməyə hazırlaşır. Türkiyə isə artıq belə bir qərar verib.
AzPolitika.info


Şərhlər