Menu

"Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur" - TƏBİB-dən rüşvət ittihamlarına cavab

21.12.2020, 17:41
"Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur" - TƏBİB-dən rüşvət ittihamlarına cavab

“Bu günlərdə koronaviruslu xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm (051) 513-15-42 nömrəsi ilə əlaqə saxlaya və ya info@tabib.gov.az email ünvanına yaza bilərsiniz”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış sosial şəbəkədə paylaşdığı statusunda bildirib.

TƏBİB rəsmisi belə halların mümkün olduğunu bildirib:

“Ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyəti ilə 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk”.

Şərhlər

rəsul 2020-12-21 22:59:09

Koronovirusdan istifadə edib milləti qəddarcasına soyurlar

Çoban 2020-12-21 21:47:43

Təbib öz işbilməzliyini qısa müddətdə bəlli etdi

t.ədalət 2020-12-21 19:53:30

Nəzarət yoxdursa,deməli idarə də apteklərlə şərikdir.

RR 2020-12-21 18:34:46

Siz neye nezaret etdiniz ki hekime de nezaret ede bilesiz. Telefon açmırsız, şikayetlere baxmırsız. Yeterince insanları incidirsiz

Vahid 2020-12-21 18:18:09

TƏbib bununla öz əməkdaşlarına bildirir ki, sizə nəzarət yoxdur və xəstələri istədiyiniz, bacardığınız qədər soya bilərsiniz.Zərdab MX- na Ruslan kimi debili baş həkim təyin edib ona aylıq 5000 manat maaş da vermək Zərdab ən insanlarını əzrayılın qoynuna soxmaqdır, bu xalqa xəyanətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol