“MİNSK QRUPU ARTIQ ÖLÜB...” – Qrupun keçmiş amerikalı həmsədri

“Acınacaqlı da olsa, ATƏT-in Minsk qrupu artıq ölüb. Halbuki, həqiqətən, faydalı platform ola bilərdi”.

“Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər birində nüfuzlu erməni diasporunun olduğunu da unutmamaq lazımdır. Bütün bunlardan sonra ABŞ və Fransadan olan həmsədrlərin Bakıya gəlməsi mənim üçün qəribədir. Prezident Əliyev də tam haqlı olaraq onlardan burada nə işləri var deyə soruşdu. Bundan sonra onların hansısa konstruktiv fəaliyyət göstərəcəklərini görmürəm”, - amerikalı diplomat qeyd edib.

635x100

Şərhlər

Mirzə Qafarlı 2020-12-23 08:00:25

Bu MQ yaradılıb ermənilərin qazandıqları uğurların Azərbaycana qəbul etdirmək üçün. Bunun təsdiq edən bir fakt odur ki, indiyə qədər bu qrupun istənilən həmsədrlərindən heç biri Ermənistanı işğalçı adlandırmayıb. Hər iki tərəfə İşğalçı Ermənistana və işğala məruz qalmış Azərbaycana eyni münasibətlə yanaşıblar. Belə olan halda ermənilər arxayınlaşıb və danışıqları uzatmaqla, əldə etdiklərini imkan daxilində de-yure, yəni hüquqi rəsmiləşdirmək istəyiblər. Odur ki, cəhənnəmlik olsun MQ.

Son yazılar