Menu

Norveçdə böyük neft yatağı kəşf edildi

22.12.2020, 18:03
Norveçdə böyük neft yatağı kəşf edildi

ABŞ-ın “ConocoPhilips” şirkəti Norveç dənizində, Haydrun (Heidrun) neft yatağının şimalında yeni böyük neft yatağı kəşf edib.

“Report” “İnvesting.com”a istinadən xəbər verir ki, Norveç Neft Direktorluğunun (NPD) məlumatına görə, yatağın ehtiyatı 76-201 milyon bareldir və həmin neft mövcud infrastruktur vasitəsilə hasil oluna bilər.

Qeyd edək ki, gələn il Norveç tərəfindən dəniz yataqlarında neft-qaz hasilatına yatırılan vəsaitlər 4,2 faiz azalaraq 20,5 milyard ABŞ dolları təşkil edəcək. Halbuki ilin əvvəlində bu göstərici 18,4 milyard ABŞ dolları həcmində güman edilirdi. Noyabr ayında Norveç neft hasilatını 8 faiz artıraraq 2,026 milyon barelə çatdırıb.

Şərhlər

Xalx 2020-12-22 23:46:58

fransız qurbağayeyənlər niyə müdaxilə etmirlər? Aralıq, ya Xəzərdə olsaydı indi özlərini cırardılar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol