Sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etmsi barədə görüntülər yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Şərhlər
ona töhmət verərək məsələni bağlamaq, Xalqı təhqir etməkdir. Vəzifəsindən çıxarılmalı, cinayət işi açılmalıdır. Sırğa və s. daş-qaş nümayiş etdirmək, Xalqın bu günündə, onu ələ salmaqdır. Bu qədər şəhidimiz, bir neçə yaşayış məntəqələrimizin dağıdılması və s. bu adamın (adam deməyə dilim gəlmir) vecinə deyildir...
Bu adam nəinki, məktəb direktoru, heç xadiməliyə də yaramır...
Nazir! wehidlerin ruhuna hormet budur?
xaric etmek lazimdir, elementar mesuliyyet hissi yoxdur bu adamin mektebe nece rehberlik ede biler?
Bu, məktəb direktoru nə Xalqı və nə da Dövlətçiliyi saya salmır, bu meydan oxumaqdır, Dövlətə və Xalqa...