Menu

“Qalatasaray” və “Trabzonspor” qələbə qazanıb

22.12.2020, 22:31
“Qalatasaray” və “Trabzonspor” qələbə qazanıb

Türkiyə Super Liqasında XIV tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 2 oyun keçirilib.

Abdullah Avcının gəlişindən sonra çempionatda uğurlu çıxış edən “Trabzonspor” məğlubiyyətsiz oyunlar seriyasını 7-yə yüksəldib. “Bordo-mavililər” debütant “Hatayspor”a səfərdə 1 qolla qalib gələrək, turnir cədvəlində ona yaxınlaşıb.

Ötən həftəsonu “Fatih Karagümrük”ə uduzan “Qalatasaray” bunun əvəzini “Rizəspor”dan çıxıb. Rəqibini üstələyən “cim-bom” lider “Alanyaspor”la xal fərqini aradan qaldırıb.

Qeyd edək ki, turun digər oyunları 23-24 dekabrda keçiriləcək.

Türkiyə Super Liqası XIV tur 

22 dekabr 

“Hatayspor” – “Trabzonspor” – 0:1 

Vitor Uqo, 74 

“Qalatasaray” – “Rizəspor” – 3:1 

Əmrə Kılınç, 4, Arda Turan, 12, Fequli, 63 – Soner Aydoğdu, 14

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol