Menu

Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə ediblər

22.12.2020, 22:42
Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ətraflı nəzərdən keçiriblər.

Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl ümumilikdə icra olunduğunu qeyd edib. Rus sülhməramlılarının "Bakı və İrəvanın istəyi ilə atəşkəsin və mülki əhalinin təhlükəsizliyinin təmin olunduğu uğurlu iş" vurğulanıb.

Prezidentlər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Putin və Makron bundan başqa Ukrayna münaqişəsini, Suriya və Liviya böhranını da müzakirə ediblər.

Şərhlər

Fariz 2020-12-23 03:21:56

Putin bax budur. Ona kim nə ağılla inanır bilmirəm

t.ədalət 2020-12-23 01:36:24

Nə qədər ki Fransanın adı Azərbaycanın əra,ilərindən silinməyəcək,yəni fransız p... yeyənlər olacaq,elə belə də xəyanətə uğrayacağıq.

Xalx 2020-12-22 23:38:55

....yeyiblər, öz problemləri boğazlarına qədərdir. Donuzla qurbağa ...

Xalq 2020-12-22 23:22:03

"dqr" daha yoxdur. Olmayan şeyi müzakirə etməzlər,Minsk qrupu daha yaşamır. İstəyirsiz 100 il müzakirə edin, xeyri yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol