“Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.
TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub: “Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.


Şərhlər
Atalar məsəli var: palaza bürün elnən sürün. Vaksinin əleyhinə deyiləm. O halda vaksinasiya etdirəcəyəm ki, bir masada mənimlə bərabər Ramin Bayramlı əyləşəcək. Hər ikimizi parallel olaraq vaksinasiya edəcəklər. Ondan sonra bütün dost-tanış, qohum-əqrəbanı vaksinasiyaya səsləyəcəyəm. Çox böyük ətrafım var.
Əvvəl məmurlarıvə deputatları vaksinləmək lazımdır ki milləti yaxşı soyub talasınlar və nə özləri nə də uşaqları müharibəyə getməsinlər
Nə iisə.Rus vaksini ilə virusdan heç kimi qurtarmaq olmayacaq.