Menu

Gürcüstanda son sutkada koronavirusdan 51 nəfər ölüb

23.12.2020, 11:08
Gürcüstanda son sutkada koronavirusdan 51 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 2 345 yeni yoluxma faktı təsdiqlənib, 3 560 nəfər sağalıb, 51 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 214 871 nəfər yoluxub ki, onların da 191 968-i sağalıb, 2 233-ü isə dünyasını dəyişib.

Karantin rejimində 455, stasionar nəzarətdə 6 358 nəfər var. 1 600 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol