"BU, HAZIRDA SUİ-QƏSD KİMİ ADDIM OLAR..." - "Böhrandan çıxışın bir neçə yolu var"

 Maliyyə naziri: “Vəziyyətdən çıxmaq üçün əlavə borclanmaya getməli idik” 

“Bu gün qeyri-müəyyənliklər mövcuddur. Ona görə ortamüddətli proqnozlara bir qədər ehtiyatla yanaşmalıyıq”. Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, borc yolunu seçmək başa düşüləndir:Bizim qarşımızda çox seçim yox idi. Böhrandan çıxışın bir neçə yolu var. Bunlardan biri vergi daxilolmalarını, gəlirlərini artırmaqdır ki, bu da hazırda sui-qəsd kimi addım ola bilər. Buna görə də biz əlavə borclanmaya gedərək iqtisadi aktivliyə əlavə təkan verməyə çalışırıq. Biz çalışacağıq ki, əlavə borclanma daha çox daxili borclanma, istiqrazlar hesabına baş versin. Bununla yanaşı, bizim izahda müəyyən risklər göstərilib. 

Borclanmanın riskləri ilə bağlı məsələlərə Maliyyə Nazirliyi mühafizəkar yanaşıb. Bizim sonsuz borclanmaya getmək niyyətimiz yoxdur. Bu vəziyyətdən çıxmaq üçün biz əlavə borclanmaya getməli idik. Güman edirik ki, 2024-cü ilin sonunda ÜDM-nin artımı hesabına 24%-dək ümumi dövlət borcunu keçməməliyik. Bu günədək bizim borcumuz kifayətə qədər aşağı idi. Cari ildə xarici borcumuz 106 milyon dollar azalıb, amma ÜDM-nin kiçilməsi hesabına nisbət artıb”.

“İqtisadiyyatımız 2020-ci ildə böyük mənfi təsirlərə məruz qalıb. Amma biz bu il böyük islahatlar həyata keçirdik və sınaqlardan üzüaçıq çıxdıq” -deyə Maliyyə naziri Samir Şərifov bildirb.

“Ölkəmizdə elə idarəetmə sistemi formalaşıb ki, sınaqlardan üzüaçıq çıxırıq. Müəyyən ssenarilərə görə, bizim iqtisadiyyatımız 10 faizə qədər kiçilə bilərdi. Biz əlimizdəkiləri itirə bilərdik.

Müəyyən vergi güzəştləri həmin müddətdə verildi. Bir çox tədbirlər görüldü və görülməkdədir”, - deyə o qeyd edib.

"Manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik yoxdur" - deyə Samir Şərifov qeyd edib.

Nazir bildirib ki, məzənnə hazırda 1,70 manat kimi götürülür və bütün hesablamalar da bu məzənnə üzərində qurulub: "COVID-19 pandemiyası fonunda manatın dollara qarşı sərt bağlılığı daha yumşaq bağlılıqla əvəz olunması müzakirə mövzusu deyil".

“Cənab Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır. Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır” - deyə maliyyə naziri vurğulayıb.

Onun sözlərinə görə, “Təhsil kredirləri haqqında” qanun layihəsinin müzakirə edilməsinə ehtiyac var.

635x100

Şərhlər

Prezidentini sevən 2020-12-28 21:52:23

Sizin Zakatala Maliyyə İdarəsinə təyin etdiyiniz kadrdan işiniz bəllidir ?????????

Mühəndis mövqeyi 2020-12-24 07:15:00

Güclü iqtisadiyyat maliyyə-valyuta ilə hüdudlanmır? Maliyyə və sərmayənin ilk növbədə zəruri məhsulların istehsalına faydalı qoyuluşu ilə yaranır!

Ə.Bayramov 2020-12-23 16:00:12

İqtisadiyyat valyuta tələsindədir. Biz...vaxtında xəbərdarlıq etmişdik...

Son yazılar