Menu

Şahvələd Çobanoğlunun ölkədən çıxışına icazə verildi - Qadağa götürülüb

23.12.2020, 18:12
Şahvələd Çobanoğlunun ölkədən çıxışına icazə verildi - Qadağa götürülüb

Jurnalist Şahvələd Çobanoğlunun xaricə çıxışına qoyulan qadağa götürülüb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə arqument.az-a vəkili Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, 2014-cü ildə Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən qoyulan qadağa 2020-ci il noyabrn 11-də götürülüb. Vəkilinə isə dekabr 15-də rəsmi məktubla məlumat verilib.

Baş Prokurorluq Şahvələd Çobanoğlunun ölkədən çıxışına 2014-cü ildə qadağa qoyub. Qadağa 6 il davam edib və jurnalist dəfələrlə İstintaq İdarəsi müxtəlif işlərlə bağlı şahid qismində dindirilib. O, dindirilmələrlə bağlı dəfələrlə məhkəmə insantansiyalarına müraciət edib. Hazırda ona qoyulan qadağa ilə bağlı iş Avropa İnsan Haqları Məhkəməsindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol