Menu

"Yaxın aylarda pandemiya daha da artacaq" - Bill Qeyts

23.12.2020, 19:27
"Yaxın aylarda pandemiya daha da artacaq" - Bill Qeyts

Koronavirusa qarşı peyvənd işlərinə artıq başlanmasına baxmayaraq, qarşıdakı aylarda pandemiya daha da arta bilər.

“Report” xəbər verir ki, bu barədə “Microsoft” şirkətinin banilərindən biri, tanınmış iş adamı və xeyriyyəçi Bill Qeyts (Bill Gates) şəxsi bloqundan bildirib.

Pandemiyanın artması barədə bəhs edərkən B.Qeytsin istinad etdiyi kompüter modelləri gələn ay dünyada vəziyyətin kəskinləşəcəyini göstərir. 

Bununla belə, qoruyucu maska taxmaq və sosial məsafə gözləməyin koronavirusa qarşı səmərəli vasitə olduğunu xatırladan iş adamı bütövlükdə 2021-ci il ərzində yoluxma və ölüm hallarının tədricən azalacağı, həyatın adi məcrasına qayıdacağı qənaətindədir. Bu nikbinliyini B.Qeyts müxtəlif ölkələrdəki peyvəndləmə tədbirlərinin yazda ümumdünya miqyası alacağına dair proqnozlarla əsaslandırıb.

Digər tərəfdən peyvənddən boyun qaçıranların çoxalmasına da münasibət bildirən amerikalı iş adamı elmin qüdrətinə qarşı bu cür etinasızlığı başa düşmədiyini vurğulayıb.

Şərhlər

Orxan 2020-12-23 22:20:13

Xeyir xəbər olasan, camaatı ələ salmayin

Vətəndaş 2020-12-23 21:21:00

Vaksin insanları heyvana bənzər məxluqa çevirmək üçün bir vasitədir. Bu şarlatan da bu ideyanı yaradanlardab biridir

Vətəndaş 2020-12-23 21:18:50

Vaksin insanları heyvana bənzər məxluqa çevirmək üçün bir vasitədir

vətəndaş 2020-12-23 19:52:33

Bu kimdi ki hər gün bir nağıl oxuyur.Tupurum sənədə senin peyvəndinede

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol