Menu

Lider büdrəyib, “Fənərbaxça” qələbə qazanıb

23.12.2020, 22:16
Lider büdrəyib, “Fənərbaxça” qələbə qazanıb

Türkiyə Super Liqasında XIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, günün mərkəzi qarşılaşmasında İstanbul klubları üz-üzə gəlib.

Son çempion “Başakşəhər”i qonaq edən “Fənərbaxça” əzmkar qələbə ilə liderlə xal fərqini minimuma endirib. Çempionatın lideri “Alanyaspor” növbəti xal itkisinə “Yeni Malatyaspor”la dueldə üzülüb.

Mövsümün daha bir sürpriz komandası “Qaziantep” isə “Kasımpaşa” ilə səfər sınağından üç xalla ayrılıb. Autsayderlərin duelində “Dənizlispor” Ərzurum səfərindən qalib ayrılıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası

XIV tur

23 dekabr

“Alanyaspor” – “Yeni Malatyaspor” 1:1

Babakar, 32 – Büyük, 60

“Ərzurum BB” – “Dənizlispor” – 1:2

Bassan, 70 – Rodaleqa, 36, 55

“Fənərbaxça” – “Başakşəhər” – 4:1

Sanqare, 45, Tisserand, 60, Qustavo, 84, Yandaş, 89 – Tekdemir, 6

“Kasımpaşa” - “Qaziantep” – 0:4

Maksim, 9 (pen.), 25, Cefferson, 57, Demir, 79

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol